2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları 24,7 faiz azalaraq 3 milyon 600,3 min ton təşkil edib. İxrac edilən neft və xam neft məhsullarının dəyəri isə 36,2 faiz azalaraq 1 milyard 704,4 milyon dollar olub.
NTV xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, 2025-ci ilin həmin aylarında ölkədən 4 milyon 778,4 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 2 milyard 672,8 milyon dollar təşkil edib.
