ABŞ-da dizel yanacağının 1 qallonunun orta qiyməti 2022-ci ilin dekabrından indiyədək ilk dəfə 5 dolları keçib.
NTV xarici mediaya istinadla xəbər verir ki, Yaxın Şərqdəki münaqişə təchizat zəncirlərini pozmağa və ABŞ iqtisadiyyatının geniş seqmentlərinə əlavə təzyiq göstərməyə davam edir. ABŞ Avtomobil Assosiasiyasından bildirilib ki, ölkə üzrə dizel yanacağının orta pərakəndə satış qiyməti 1 qallon üçün 5.044 dollara çatıb.
ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, yaşayış binalarının isitməsində istifadə olunan yanacağın qiyməti də 5 dollardan yuxarı qalxıb.
Qeyd edək ki, Yaxın Şərqdəki münaqişə fonunda ABŞ-da dizel yanacağının qiymətləri kəskin şəkildə artıb. Dizel yanacağı ABŞ-da yük daşımaları, kənd təsərrüfatı və tikinti sektorlarında daha çox istifadə olunur, pərakəndə satış qiymətlərindəki hər hansı bir artım daha geniş iqtisadiyyata təsir göstərir. Dizelin qiymətlər digər neft əsaslı məhsullardan daha sürətli artım nümayiş etdirir.
