satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 5 milyard dolları ötüb

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 5 milyard dolları ötüb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan Avropa İttifaqı ölkələrinə 5 milyard 482 milyon 224,8 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz və ya 752 milyon 55,51 min dollar azalma deməkdir.

NTV  xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Hesabat dövrü ərzində Azərbaycan Avropa İttifaqı ölkələrindən 793 milyon 383,75 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 17 faiz və ya 161 milyon 959,6 min dollar azdır.

Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 46,15 faizini, ümumi idxalının isə 14,36 faizini təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM