satellite   Azerspace-1: 11135 H 30000

“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib

“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici valyutada emitent defolt reytinqini (IDR) “BBB-” səviyyəsində təsdiqləyib, proqnozu isə “Sabit” saxlayıb.

NTV xəbər verir ki, agentlik qərarını Azərbaycanın güclü xarici maliyyə mövqeyi, aşağı dövlət borcu və Dövlət Neft Fondunun (ARDNF) iri həcmli aktivləri ilə əsaslandırıb.

Agentliyin proqnozuna görə, Azərbaycanın dövlət borcu 2027-ci ildə ÜDM-in təxminən 21%-i səviyyəsində qalacaq ki, bu da investisiya reytinqinə malik ölkələr arasında ən aşağı göstəricilərdən biridir.

Fitch həmçinin Azərbaycanın investisiya səviyyəli reytinqinin qorunması üçün güclü xarici balansın və ehtiyatlı makroiqtisadi siyasətin mühüm rol oynadığını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM