satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi kəskin artıb

Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi kəskin artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 559 milyon 663 min ABŞ dolları təşkil edib.

NTV-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə çoxdur.

Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 25 dəfə artaraq 3 milyard 470 milyon 20 min dollar, bu ölkədən idxalının dəyəri isə 74 % azalaraq 89 milyon 642 min ABŞ dolları olub.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 20,4 %-i qədər olub. 4 ay ərzində Böyük Britaniyaya ixrac ümumi ixracın 29,2 %-ni, bu ölkədən idxal isə ümumi idxalın 1,6 %-ni təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM