satellite   Azerspace-1: 11135 H 30000

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir

Azərbaycanda 2027-2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf proqramının ilin sonunadək qəbul olunması gözlənilir.

NTV xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, proqram ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı əsas çərçivə sənədi olacaq və iqtisadiyyatın bütün sahələrini əhatə edəcək: “Yeni proqram Azərbaycanın ortamüddətli inkişaf prioritetlərini müəyyənləşdirəcək və müxtəlif sahələr üzrə qəbul edilən sektoral proqramlarla əlaqələndiriləcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM