satellite   Azerspace-1: 11135 H 30000

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

2025-ci ildə qeyri-neft sektorumuz daha da genişlənib. Qeyri-neft sektorunda ümumi daxili məhsulumuz 92,3 milyard manata çatıb. 2024-cü illə müqayisədə bu, 2,7 faizlik real artımdır. Xam neftin ötən il ortaillik qiyməti 71 dollara bərabər olub. Ortaillik inflyasiyamız 5,6 faiz, manatın məzənnəsi isə stabil olaraq 1,7 manat - 1 ABŞ dolları məzənnəsi ilə təsbit olunub.

NTV xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.

O bildirib ki, əhalinin nominal gəlirləri 8 faizlik artım göstərib. Bu da əlbəttə ki, həm inflyasiyadan yüksək olmaqla əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM