satellite   Azerspace-1: 11135 H 30000

Mis qiymətləri üç həftəlik ən aşağı səviyyədən yüksəlir

Mis qiymətləri üç həftəlik ən aşağı səviyyədən yüksəlir

Yaxın Şərqdəki münaqişə fonunda dünya bazarında mis qiymətləri üç həftəlik ən aşağı səviyyədən yenidən yüksəliş trendinə keçib.

NTV  xəbər verir ki, mis qiymətləri may ayının ortalarından bəri ən aşağı səviyyədən qalxır və hazırda bir tonunun qiyməti 13 min 600 dollar civarındadır.

Analitiklərə görə, Yaxın Şərqdəki münaqişə ilə bağlı sülh razılaşmasına dair gözləntilər London Metal Birjasında misin qiymətinin artmasına səbəb olub, Asiya bazarlarında da qiymətlər yüksəlib. Yaxın Şərqdəki müharibə süni intellekt, enerji infrastrukturu və bərpaolunan enerjiyə artan investisiyalardan faydalana biləcək mis üçün əhəmiyyətli bir maneə yaradıb. Qlobal tənəzzülün isə misin qiyməti ilə bağlı yüksəliş proqnozu üçün böyük risk yaratdığı bildirilir.

Qeyd edək ki, Yaxın Şərqdə münaqişənin başlanğıcından bəri əsas metalların qiymətində kəskin dalğalanmalar qeydə alınır. İlin əvvəlində mis qiymətləri rekord həddə çatıb. Ötən ilin noyabr ayının ortalarından bəri misin qiyməti 20 faizdən çox, ötən il ərzində isə 42 faizədək bahalaşıb.

Mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Qəbələdə zəlzələ olub

15:51 12.06.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM