satellite   Azerspace-1: 11135 H 30000

Məcnun Məmmədov: "Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq"

Məcnun Məmmədov: "Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq"

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsində xidmətlərin daha əlçatan olması üçün bir neçə aqroservis mərkəzinin qurulması nəzərdə tutulur.

NTV "Report"a istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən müşavirədə bildirib.

Nazirin sözlərinə görə, müvafiq dövlət qurumlarının vahid məkanda fəaliyyət göstərəcəyi altı nöqtə müəyyənləşdirilib:

"Seçilmiş məntəqələrdə, o cümlədən Xankəndi, Xocalı və Xocavənddə aqroservis xidmətlərinin təşkili nəzərdə tutulur. Bu mərkəzlər işə başladıqdan sonra fermerlər və sahibkarlar bütün lazımi xidmətlərdən bir məkanda faydalana biləcəklər".

M.Məmmədov həmçinin tingçilik və toxumçuluq sahəsində fəaliyyət göstərmək istəyən sahibkarlara da lazımi dəstəyin veriləcəyini vurğulayıb.

"Bu istiqamətdə əməkdaşlarımız sahibkarlarla birbaşa ünsiyyət quracaq, layihələrin reallaşdırılması və yaranan problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq məsləhət və yardımı təmin edəcəklər".

Nazir eyni zamanda su təchizatı ilə bağlı layihələrin də həyata keçirildiyini qeyd edib: "Bildiyim qədərilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bağçılıq və əkin sahələrinin su ilə təminatına yönəlmiş layihələr icra edir. Su infrastrukturunun tikintisi tamamlandıqdan sonra həmin ərazilərdə bağların salınması və müasir suvarma sistemlərinin quraşdırılması üçün daha geniş imkanlar əmələ gələcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Qəbələdə zəlzələ olub

15:51 12.06.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM