satellite   Azerspace-1: 11135 H 30000

İlin birinci yarısında “e-rüsum” altsistemi üzrə 63 mindən çox qəbz ödənişi həyata keçirilib

İlin birinci yarısında “e-rüsum” altsistemi üzrə 63 mindən çox qəbz ödənişi həyata keçirilib

Bu ilin birinci yarısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) ayrı-ayrı alt sistemlərinin, o cümlədən “e-rüsum”un tətbiqi və funksionallığının genişləndirilməsi istiqamətində görülən işlər davam etdirilib.

Maliyyə Nazirliyindən NTV-yə  bildirilib ki, ilin birinci yarısında “e-rüsum” altsistemi üzrə ümumilikdə 68 min 218 bildiriş yaradılıb, 63 min 316 qəbz üzrə ödəniş həyata keçirilib. Hesablanmış dövlət rüsumlarının ümumi məbləği 32,04 milyon manat, ödənilmiş dövlət rüsumlarının məbləği isə 31,2 milyon manat təşkil edib.

Qeyd edək ki, “e-rüsum” altsistemi dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsini, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan tərəfindən real vaxt rejimində əldə edilməsini, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulunu və aidiyyəti üzrə baxılmasını, habelə dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarətin və uçotun həyata keçirilməsini təmin edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM