satellite   Azerspace-1: 11135 H 30000

Qızılın qiyməti son 6 həftədə ən böyük itkiyə hazırlaşır

Qızılın qiyməti son 6 həftədə ən böyük itkiyə hazırlaşır

Qlobal qeyri-müəyyənliklər fonunda qızılın qiymətinə təzyiq davam edir və qiymətli metal həftəni itki ilə tamamlamağa yönəlib.

NTV xəbər verir ki, qızılın qiyməti həftə ərzində təxminən 3,2 faiz ucuzlaşıb və son 6 həftədə - iyunun 1-dən bəri ən kəskin həftəlik enişə hazırlaşır. Hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 3990 dollar civarındadır.

Qiymətli metal cari ilin ikinci rübündə 14 faiz dəyər itirib və bu, 2013-cü ildən bəri ən pis rüblük göstəricidir.

Ekspertlərin fikrincə, ABŞ və İran münaqişəsi neft qiymətlərini artırır, inflyasiya və faiz dərəcələrinin artırılması gözləntilərini gücləndirir və qızıla aşağıistiqamətli təzyiq göstərir. Yaxın Şərqdə geosiyasi risklər davam etdiyi üçün inflyasiya və istiqraz gəlirləri ilə bağlı narahatlıqlar qızılın qiymətinə təsir edən əsas amillər olaraq qalır.

Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcəsi mühitində cəlbediciliyini itirir, çünki heç bir gəlir gətirmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM