satellite   Azerspace-1: 11135 H 30000

“Brent” markalı neftin qiyməti iyunun 11-dən bəri ilk dəfə 90 dolları ötüb

“Brent” markalı neftin qiyməti iyunun 11-dən bəri ilk dəfə 90 dolları ötüb

Londonun ICE birjasında “Brent” markalı xam neftin fyuçerslərinin qiyməti iyunun 11-dən bəri ilk dəfə bir barel üçün 90 dollar həddini keçib.

NTV xəbər verir ki, ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 02:00-da “Brent” neftinin sentyabr fyuçerslərinin qiyməti 2,27 faiz artaraq 90,26 dollara çatıb.

Sonrakı dəqiqələrdə artım davam edib və qiymət 90,84 dollara yüksəlib. Bu, əvvəlki göstərici ilə müqayisədə 2,92 faiz artım deməkdir.

Bununla yanaşı, ABŞ-nin WTI markalı neftinin iyul fyuçerslərinin qiyməti 2,78 faiz artaraq bir barel üçün 84,04 dollar təşkil edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM