satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 141 layihə başa çatdırılıb

Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 141 layihə başa çatdırılıb

2026-cı ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 141 layihə icra olunub.

NTV xəbər verir ki, bu layihələrdən 30-u yeni yaradılma, 111-i isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 36-sı yaradılma və 52-si genişləndirmə olmaqla, ümumilikdə 88 layihənin icrası davam etdirilib.

Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. İcra olunmuş 141 layihədən 122-si Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM