satellite   Azerspace-1: 11135 H 30000

Muxtar respublikanın ixracı 14,4 faiz artıb

Muxtar respublikanın ixracı 14,4 faiz artıb

NTV xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 70,5 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 22,5 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin 6,7 milyon ABŞ dolları ixracın, 63,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 14,4 faiz, idxal isə 23,4 faiz artıb.

İxrac olunan məhsullar sırasında tütün məmulatları, vafli və vafli məmulatları, sement, elektrik enerjisi, alçıpan, mineral sular, travertin, aromatlaşdırılmış içkilər, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, buğda kəpəyi, soğan, şokolad və tərkibində kakao olan ərzaq məhsulları, məsaməli beton, çay və salfetka yer alıb.

Həmin məhsullar Gürcüstan, Qırğızıstan, Yəmən, İran, Türkiyə, İsrail, Suriya, İraq, Rusiya, Amerika Birləşmiş Ştatları, Qazaxıstan və Ukraynaya ixrac olunub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM