Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 2026-cı il iyunun 8-dən ilk dəfə olaraq bir barel üçün 96 dollar həddini keçib.
NTV xəbər verir ki, Bakı vaxtı ilə saat 05:24-də Brent neftinin qiyməti 2,19% artaraq 96,13 dollara çatıb.
Lakin, 10 dəqiqə sonra kotirovkalar cüzi şəkildə geriləsə də, artım tempini qoruyub. Brent neftinin bir barelinin qiyməti 95,91 dollar təşkil edib ki, bu da əvvəlki bağlanış səviyyəsindən 1,96% yüksəkdir.
