satellite   Azerspace-1: 11135 H 30000

Rusiya aviaşirkəti Azərbaycana uçuşları ləğv edib

 Rusiya aviaşirkəti Azərbaycana uçuşları ləğv edib

Rusiyanın “Uralskiye avialinii” şirkəti Azərbaycana uçuşları ləğv edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. “Uralskiye avialinii” oktyabrın 29-dək MDB ölkələrinə, o cümlədən Azərbaycan, Qazaxıstan, Özbəkistan və Ermənistana da uçuşları dayandırır.

Aviaşirkət daxili reyslərdəki məhdudiyyətlərin də müddətini uzadıb. Belə ki, oktyabrın 29-dək Rusiyanın cənub regionlarına – Krasnodar, Anapa, Gəlincik, Rostov və Voronejə uçuşlar həyata keçirilməyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM