satellite   Azerspace-1: 11135 H 30000

Aksiz dərəcəsi üzrə dəyişiklik avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinə təsir göstərməyəcək

Aksiz dərəcəsi üzrə dəyişiklik avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinə təsir göstərməyəcək

Aksiz dərəcəsi üzrə dəyişiklik avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinə təsir göstərməyəcək.

Tarif (qiymət) Şurasının Katibliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, ümumiyyətlə, qeyd edilən məhsullar üzrə qiymət dəyişikliyinin aparılması məsələsi müzakirə olunmur.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 23 avqust tarixli 322 nömrəli “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” Qərarına əsasən, avtomobil benzininin aksiz dərəcəsi 42,0 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18,0 faizdən 18,3 faizə dəyişdirilib və qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minəcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM