satellite   Azerspace-1: 11135 H 30000

Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydaları təsdiqlənib

Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydaları təsdiqlənib

Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydaları təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, qərar məhsulların etiketlənməsi beynəlxalq təcrübəyə əsasən istehlakçıları cihazların enerji istehlakı həcmi üzrə məlumatlandırması məqsədini daşıyır.

Enerji etiketinin forması və tərtibinə dair tələblər məhsulların enerji etiketlənməsinə dair texniki reqlamentlərlə müəyyən olunur. Bundan irəli gələrək, bu istiqamətdə müvafiq reqlamentlərin hazırlanması ilə bağlı Energetika və İqtisadiyyat nazirlikləri tərəfindən tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.

Həmin qaydaların tələblərinə, habelə məhsulların bazara yerləşdirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM