satellite   Azerspace-1: 11135 H 30000

Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 38 faizi tamamlanıb

Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 38 faizi tamamlanıb

2024-cü ildə yekunlaşdırılması planlaşdırılan uzunluğu 140,6 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78 faiz yerinə yetirilib, tikinti işlərinin isə 38 faizi (53,2 kilometr) icra edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, Horadiz-Ağbənd dəmir yolu beynəlxalq əhəmiyyətli marşrut olmaqla yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.

Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan dəmir yolu körpüsünün tikintisi üzrə işlərin 85 faizi tamamlanıb. Azərbaycanın ən uzun dəmir yolu körpüsü region ölkələri arasında yükdaşımaların artırılmasına təkan verəcək.

Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunub və tikinti üzrə işlərin 64 faizi yerinə yetirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM