satellite   Azerspace-1: 11135 H 30000

İqtisadiyyat naziri Özbəkistan-Azərbaycan birinci regionlararası forumunda iştirak edəcək

İqtisadiyyat naziri Özbəkistan-Azərbaycan birinci regionlararası forumunda iştirak edəcək

Fevralın 24-də Daşkənddə Özbəkistan-Azərbaycan birinci regionlararası forumu keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov da iştirak edəcəklər.

Tədbir çərçivəsində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası, eləcə də sahibkarların ikitərəfli görüşləri keçiriləcək.

Forum Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyi, Özbəkistan Ticarət və Sənaye Palatası və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM