satellite   Azerspace-1: 11135 H 30000

Şuşada müasir və dayanıqlı elektrik şəbəkəsi qurulacaq

Şuşada müasir və dayanıqlı elektrik şəbəkəsi qurulacaq

Son bir ildə Şuşa şəhərini dayanıqlı su təchizatı ilə təmin etmək üçün müvafiq qurumlarımız böyük işlər görüblər. Bu sahədə artıq işlərin birinci mərhələsi yekunlaşıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Onun sözlərinə görə, hazırda Şuşada şəhərdaxili su-kanalizasiya şəbəkəsinin layihələndirmə işləri aparılır. Bu ilin ortalarından inşaat işlərinə başlanılacaq.

Şuşada müasir elektrik şəbəkəsinin qurulacağını söyləyən Prezidentin xüsusi nümayəndəsi bununla da gələcəkdə bu qədim şəhərdə dayanıqlı enerji şəbəkəsinin olacağını bildirib: “Həmçinin görüləcək işlər sayəsində yaxın bir neçə il ərzində Şuşaya təbii qaz veriləcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM