satellite   Azerspace-1: 11135 H 30000

Baş nazir: May ayında neftin büdcə qiyməti artırıla bilər

Baş nazir: May ayında neftin büdcə qiyməti artırıla bilər

Bu ilin ilk iki ayının nəticələrinə əsasən, sənaye sahəsində 0,4 faiz artım olub. Konservativ olaraq ötən il neftin qiyməti 50 dollar götürülüb. Bu il də elədir. Gözləntilərimiz çox yüksəkdir. May ayında neftin büdcə qiyməti artırıla bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov parlamentin martın 17-də Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatından sonra təkliflərə münasibət bildirərkən deyib.

İnflyasiya məsələsinə toxunan Baş nazir ərzaq qıtlığının ümumi bəla olduğunu qeyd edib və bu istiqamətdə dövlətimizin məqsədyönlü tədbirlər gördüyünü diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM