satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edir

Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edir

Martın 27-də İsveçrənin Cenevrə şəhərində Ümumdünya Radiorabitə Konfransına son hazırlıq iclası öz işinə başlayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ilə yanaşı, Dövlət Radiotezliklər İdarəsi və “Azərkosmos”un mütəxəssisləri təmsil edirlər.

Konfransın gündəliyinə daxil olan məsələlər, o cümlədən növbəti illərdə yeni nəsil yerüstü və peyk texnologiyalarının, habelə aeronaviqasiya xidmətlərinin tətbiqi üçün radiotezliklərdən səmərəli və maneəsiz istifadənin təmin edilməsi üzrə hazırlanmış müvafiq tövsiyə və qətnamə xarakterli sənədlərin layihələri müzakirə ediləcək.

İki həftə davam edəcək tədbir çərçivəsində sözügedən sahədə Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə müxtəlif regional təşkilatlarla və aidiyyəti rabitə administrasiyaları ilə zəruri koordinasiya görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM