satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan nümayəndə heyəti Sahibkarlar Günü ilə bağlı keçirilən konfransda iştirak edib

Naxçıvan nümayəndə heyəti Sahibkarlar Günü ilə bağlı keçirilən konfransda iştirak edib

Bu gün Bakı şəhərində Sahibkarlar Gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, konfransda  Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibinə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının, “Arkoz Holdinq”in, “Nəqşicahan Holdinq” Şirkətlər Qrupunun, “Ləzzət Qida Sənaye”, “NaxPlast” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və “Müasir məkan” Ət və Ət Məhsulları Müəssisəsinin  nümayəndələri daxil edilib.

Tədbirdə ulu öndərin həyat və fəaliyyətinə, Azərbaycanın inkişafı və çiçəklənməsi, o cümlədən sahibkarlığın inkişafı sahəsində gördüyü işlərə həsr olunmuş “Əbədiyyətin ilk əsri. Heydər Əliyev-100” filmi nümayiş olunub.

Konfrans iştirakçıları Gülüstan sarayının foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgiyə də baxıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM