satellite   Azerspace-1: 11135 H 30000

Hesablama Palatası büdcə xərclərin planlaşdırılmasında yaranan boşluqları açıqlayıb

Hesablama Palatası büdcə xərclərin planlaşdırılmasında yaranan boşluqları açıqlayıb

Orta Müddətli Xərclər Çərçivəsi (OMXÇ) islahatı ilə bağlı Azərbaycanda hüquqi əsasların müəyyən olunmasında müəyyən boşluqlar var.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Hesablama Palatasının şöbə müdiri Zaur Vəliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

"Bu təzadlı məqamlar mütləq aradan qaldırılmalıdır. OMXÇ ilə bağlı digər problem dövlət proqramlığı ilə əlaqəlidir. Hazırda dövlət büdcəsində xərclərin planlaşdırılması 3-4 istiqamətdə aparılır. Bu özü təzada səbəb olur. Bizim büdcədə OMXÇ ilə yanaşı dövlət investisiya proqramı və ənənəvi şərti proqramlar da var. Üç-dörd proqramın olması, amma bunun başqa adlar altında maliyyələşdirilməsi xaotik vəziyyət yaradır", - deyə Z. Vəliyev bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM