satellite   Azerspace-1: 11135 H 30000

"Culfa" gömrük postunda aksiz markası olmayan siqaretlər aşkarlanıb

"Culfa" gömrük postunda aksiz markası olmayan siqaretlər aşkarlanıb

"Culfa" gömrük postunda aksiz markası olmayan siqaretlər aşkarlanıb.

İdarədən Naxçıvan televiziyası-a verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda “Renault” markalı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilən zaman şübhəli təsvirlər müşahidə olunduğu üçün avtomobil əsaslı yoxlamaya cəlb edilib. 

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqu hissəsinin arxasında yerləşən su çəninin içərisində gizlədilmiş, aksiz markası ilə markalanmayan 1060 qutu (21200 ədəd) “Kent Nanotek 2.0” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM