satellite   Azerspace-1: 11135 H 30000

AMB-nin Naxçıvan idarəsinin rəhbərinin vəzifəyə təyin edilməsi qaydası dəyişib

AMB-nin Naxçıvan idarəsinin rəhbərinin vəzifəyə təyin edilməsi qaydası dəyişib

Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvan MR-dəki idarəsinin rəhbərini müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Xatırladaq ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, AMB idarə rəhbərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verilirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM