satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ötən il 13 minə yaxın "ASAN İmza" verilib

Naxçıvanda ötən il 13 minə yaxın "ASAN İmza" verilib

2023-cü ildə Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinə 7 098 müraciət üzrə 12 689 "ASAN İmza" sertifikatı verilib.

Bu barədə Naxçıvan televiziyası-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Bundan başqa, məlumata görə, ötən il Naxçıvandakı vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 38 866 şəxs qəbul edilib. Xidmət strukturları vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 52 010 sayda xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.

2023-cü ildə vergi ödəyicilərinə 134 183 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 63 görüş keçirilib, 390 sayda ünvanlı xidmət göstərilib.

Ötən ilin may ayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzində bu il yanvarın 1-nə qədər ümumilikdə 13 660 şəxs qəbul edilib və onlara 19 590 sayda xidmət göstərilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayından 2,8 dəfə çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM