satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda istehlakçılara 857 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda istehlakçılara 857 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 yanvar 2024-cü il tarixə muxtar respublika ərazisində 2.798 ədəd yeni nəsil NKA quraşdırılıb. 2023-cü il ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 240 milyon manat olub

Ötən il “ƏDVgerial” layihəsi çərçivəsində istehlakçılara 857,2 min manatdan çox, təkcə dekabr ayında isə 105 min manat ƏDV məbləği geri qaytarılıb. 2023-cü ilin  yanvar ayı ilə müqayisədə dekabr ayında istehlakçılara qaytarılan məbləğ 5 dəfə artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM