Azərbaycanda 2030-cü ilin sonuna kimi azı 4 yeni hədəf turizm istiqaməti üzrə uçuşların həyata keçirilməsi, mövcud uçuş istiqamətləri üzrə tezliyin (intensivliyin) 20 % artırılması planlaşdırılır.
NTV xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, Proqramda azı 10 hədəf turizm bazarı üzrə regional rəqib destinasiyalarla müqayisədə rəqabətqabiliyyətli aviabilet qiymətləri səviyyəsinə nail olunmaqla, ölkəyə gələn turistlərin sayının artırılması, regionlarda yerləşən hava limanlarının beynəlxalq sərnişindaşımada payının artması məqsədilə beynəlxalq uçuşların və aşağı büdcəli aviaşirkətlərin cəlb edilməsi ilə bağlı tədbirlərin (hava limanı yığımları, yerüstü xidmət haqları və doluluq səviyyəsi üzrə təşviq və kompensasiya mexanizmi) müəyyənləşdirilməsi və razılaşdırılması yer alıb.
