2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi başlanıb.
Elm və Təhsil Nazirliyindən NTV-yə bildirilib ki, saat 15:00-dan etibarən aktivləşdirilən elektron yerdəyişmə prosesi 2-9-cu və 11-ci sinif şagirdlərini əhatə edir.
Şagirdlərin elektron yerdəyişməsi (sy.edu.az) portalı vasitəsilə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
