satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq

Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq

Yerasx-Naxçıvan və Axurik-Türkiyə sərhədi dəmir yolu sahələrinin yenidən qurulması Ermənistanın dövlət vəsaiti hesabına həyata keçiriləcək.

NTV Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

"Tikinti işləri Ermənistanın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək", - o qeyd edib.

Söhbət Yerasxdan Naxçıvana qədər olan 1,6 kilometrlik və Axurik kəndindən Türkiyə sərhədinə qədər olan 12,4 kilometrlik sahədən gedir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM