Bu barədə NTV-yə Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, 1 avqust 2026-cı il tarixinə muxtar respublikada 45 778,1 ton dənli və dənli paxlalılar(qarğıdalısız), 24 911,9 ton kartof, 15 332,9 ton tərəvəz, 2 957,4 ton bostan məhsulları, 24 006,9 ton meyvə və giləmeyvə və 16,1 ton tütün yığılıb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli paxlalılar istehsalı(qarğıdalısız) 21,6 faiz, kartof istehsalı 2,3 dəfə, tərəvəz istehsalı 2,7 faiz, bostan məhsulları istehsalı 71,1 faiz, meyvə və giləmeyvə istehsalı 2,8 faiz, tütün istehsalı isə 6,7 dəfə artmışdır.
