satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə dərgisində Şuşa şairləri haqqında geniş məqalə dərc edilib

Türkiyə dərgisində Şuşa şairləri haqqında geniş məqalə dərc edilib

Türkiyə Dil və Ədəbiyyat dərgisinin 163-cü nömrəsində Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq nəşr etdiyi, Şuşada doğulub-böyümüş görkəmli Azərbaycan şairləri Xan qızı Natəvan, Fatma xanım Kəminə və Aşıq Pərinin həyat və yaradıcılığından bəhs edən “Qarabağın üç şaireyi-möhtərəməsi” Türkiyə Dil və Ədəbiyyat dərgisinin 163-cü nömrəsində Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq nəşr etdiyi, Şuşada doğulub-böyümüş görkəmli Azərbaycan şairləri Xan qızı Natəvan, Fatma xanım Kəminə və Aşıq Pərinin həyat və yaradıcılığından bəhs edən “Qarabağın üç şaireyi-möhtərəməsi” kitabı haqqında geniş məqalə dərc olunub.

Tərcümə Mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, “Şuşa və Qarabağın üç şaireyi-möhtərəməsi” adlı məqalənin müəllifi Türkiyənin tanınmış alimi, professor Murat Ertaşdır.

Qeyd edək ki, XIX əsr Şuşa ədəbi mühitindən, bu mühitin yetişdirdiyi, şəxsiyyətləri və yaradıcılıqları ilə klassik Azərbaycan poeziyasında dərin izlər qoymuş xanım şairlərdən bəhs edən nəfis tərtibatlı kitabın müəllifi tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Vilayət Quliyev, redaktoru İradə Musalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM