satellite   Azerspace-1: 11135 H 30000

Qarabağda 411 tarixi abidənin monitorinqi aparılıb

Qarabağda 411 tarixi abidənin monitorinqi aparılıb

İndiyədək Qarabağda 411 tarixi abidənin monitorinqi aparılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir verir ki, bu sözləri Azərbaycanın mədəniyyət naziri Anar Kərimov “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib.

Nazir bildirib ki, Vətən müharibəsində qazandığımız Qələbə nəticəsində mədəniyyətimiz geri döndü. Şuşanın mədəniyyət paytaxtına çevrilməsi mədəniyyətimizin geri dönüşünün rəmzinə çevrilib. Azad olunan ərazilərdə monitorinqlər zamanı bəzi abidələrin qəsdən dağıdıldığı, mənimsənildiyi, abidələrdən hərbi məqsədlər üçün istifadə edildiyi aşkarlanıb.

“Ermənistan bununla Qarabağda qeyri qanuni cinayət əməlləri törədib. Bu abidələrdən 178-i yeni aşkar olunub. Həmçinin işğaldan azad olunmuş ərazilərdəki 864 mədəni müəssisənin də monitorinqi aparılıb”, - deyə nazir vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM