satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay muxtar respublika muzeylərinə 66 yeni eksponat daxil olub

   Ötən ay muxtar respublika muzeylərinə 66 yeni eksponat daxil olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumatda bildirilir ki, noyabr ayında muxtar respublikadakı muzeylərə 66 yeni eksponat daxil olub.

Ay ərzində müxtəlif səpkili 34 tədbir təşkil olunub, 47 sərgi qurulub, sağlamlıq imkanları məhdud 26 uşağa səyyar kitabxana xidməti göstərilib. Noyabr ayında kitabxanalarda yeni oxucu sayı 610, oxucu gəlişi 7 min 548, kitab verilişi isə 40 min 260 nüsxə olub. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqda kitabların sayı 34 min 762-dən 34 min 823-ə çatdırılıb.  

Həmçinin xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı Naxçıvan Dövlət Film Fondu tərəfindən 26 material hazırlanıb, 6 filmin nümayişi təşkil olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM