satellite   Azerspace-1: 11135 H 30000

Xalq artisti Ramiz Novruz dəfn edilib

Xalq artisti Ramiz Novruz dəfn edilib

Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Ramiz Novruz Bakının “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.

Qeyd edək ki, teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. R.Novruzun yaradıcılığında teatrla yanaşı, kino fəaliyyəti də mühüm yer tutur. O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib. H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra" (Antonio), O.Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy), "Yad qızı" (Nihad) və s. maraqlı rollar oynayıb.

Ramiz Novruz həm də bir neçə pyes yazıb və bunlardan ikisi tamaşaya qoyulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM