satellite   Azerspace-1: 11135 H 30000

“Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də

“Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də

Bir sıra aparıcı dünya xəbər portalları – Salvadorun “reflexionesinternacionalessv”, İrlandiyanın “EU Reporter”, Türkiyənin “detayhaberler.com”, “igdirim76.com”, Əlcəzairin “alharir.info”, İraqın “afkarhura.com”, İranın “AzTurk.News” saytları Dövlət Tərcümə Mərkəzinin Xocalı faciəsi haqqında sənədli arxiv materialları əsasında müxtəlif dillərdə ərsəyə gətirdiyi “Qanlı tarix – Xocalı soyqırımı” sənədli videoçarxın yayımına başlayıb.

Tərcümə Mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, tarixi faktlara və statistik məlumatlara istinadən hazırlanmış, foto və video materiallarla zəngin videoçarx Azərbaycanın yaxın keçmişində baş vermiş bəşəri faciəni – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Azərbaycanın qədim şəhəri Xocalıda törətdiyi insanlığa sığmayan vəhşilikləri bütün reallıqları ilə sənədli şəkildə əks etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM