satellite   Azerspace-1: 11135 H 30000

“Pinocchio Guillermo del Toro” cizgi filmi “Oskar”a layiq görülüb

“Pinocchio Guillermo del Toro” cizgi filmi “Oskar”a layiq görülüb

“Pinocchio Guillermo del Toro” cizgi filmi “Ən yaxşı animasiya filmi” kateqoriyasında “Oskar” mükafatına layiq görülüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi ABC telekanalına istinadla xəbər verir ki, bu barədə Kino Sənəti və Elmləri Akademiyası mükafatlarının təqdimat mərasimində bildirilib.

İtalyan yazıçısı Karlo Kollodinin “Buratinonun sərgüzəştləri” nağılı əsasında çəkilmiş cizgi filmi əsl oğlana çevrilən taxta oyuncağın başına gələn macəralardan bəhs edir. “Pinocchio Guillermo del Toro” daha əvvəl “Ən yaxşı animasiya filmi” nominasiyasında “Qızıl qlobus” mükafatını qazanmışdı.

Mükafatlandırma mərasimi Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) “Dolby” teatrında keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM