satellite   Azerspace-1: 11135 H 30000

İstedadlı şagird Röya Musayevanın fərdi yaradıcılıq sərgisi açılıb - FOTOLAR

İstedadlı şagird Röya Musayevanın fərdi yaradıcılıq sərgisi açılıb<font color=red> - FOTOLAR</font> İstedadlı şagird Röya Musayevanın fərdi yaradıcılıq sərgisi açılıb<font color=red> - FOTOLAR</font> İstedadlı şagird Röya Musayevanın fərdi yaradıcılıq sərgisi açılıb<font color=red> - FOTOLAR</font> İstedadlı şagird Röya Musayevanın fərdi yaradıcılıq sərgisi açılıb<font color=red> - FOTOLAR</font> İstedadlı şagird Röya Musayevanın fərdi yaradıcılıq sərgisi açılıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbinin şagirdi Röya Musayevanın fərdi yaradıcılıq sərgisi açılıb.

Sərgidə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva çıxış edərək balaca rəssamın uğurlarından, rəsm sənətinə olan marağından danışıb. Qeyd edib ki, muxtar respublikamızda yaradıcılıq sahəsində istedadlı gənclər üzə çıxarılmaqla, onlara hərtərəfli dəstək göstərilir, fərdi sərgiləri açılır.

"Bu cür sərgilərin təşkili gənclərdə incəsənətə maraq oyanmasına, eləcə də rəsm yaradıcılığının dərindən öyrənilməsinə şərait yaradır", - deyə əməkdar rəssamlar Telman Abdinov və Həmzə Sadiqov bildiriblər.

Sərgidə istedadlı şagird Röya Musayevanın 27 əsəri nümayiş olunur. Balaca rəssam əl işlərinin hər birində özünəməxsus duyğularını əks etdirib. “Xarıbülbül”, “Şuşa”, “Mənzərə”, “Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi”, “Haçadağ” və digər tablolar gənc istedadın vətən sevgisinin rənglərlə ifadəsi kimi diqqəti cəlb edir. 

 

Şəfa Səfərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM