AZTV Naxçıvandan musiqili etnoqrafik proqram təqdim edəcək - VİDEO

Azərbaycan televiziyasının heyəti Naxçıvanda 1 həftəlik çəkilişlər aparıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan televiziyasının əməkdaşları 1 həftə ərzində muxtar respublikanın müxtəlif bölgələrində “Oğuz elinin novruzu” adlı musiqili etnoqrafik proqram ilə bağlı çəkilişlər aparıblar.

Proqramda Naxçıvanın folkloru, bayram adət-ənənələri, milli rəqsləri, eləcə də musiqi alətlərimiz barədə izləyicilərə geniş məlumat veriləcək.

Çəkilişlər aparan kollektiv Naxçıvanda qorunub saxlanılan zəngin mədəni irsimizə, Novruz ənənələrinin daha təmtəraqlı olduğuna şahidlik edib.

Bayram günlərində Azərbaycan televiziyasında təqdim olunacaq musiqili etnoqrafik proqramın çəkilişlərinin aparılması üçün Naxçıvan televiziyası da lazımi texniki dəstək göstərib.

 

                                                 Yunis Allahverdiyev

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM