satellite   Azerspace-1: 11135 H 30000

Növbəti köç karvanı Xocavənd kəndinə çatıb - FOTOLAR

Növbəti köç karvanı Xocavənd kəndinə çatıb<font color=red> - FOTOLAR</font> Növbəti köç karvanı Xocavənd kəndinə çatıb<font color=red> - FOTOLAR</font> Növbəti köç karvanı Xocavənd kəndinə çatıb<font color=red> - FOTOLAR</font>

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.

NTV xəbər verir ki, bu gün Xocavənd kəndi 11 ailə olmaqla, 36 nəfərə qucaq açıb.

İlaxır çərşənbədə yurda qədəm qoyan ailələr üçün ikiqat bayram sevinci olub. Yeni köçən ailələr həm yurda qovuşmağın, həm də bayramın sevincini yaşayıblar.

Qeyd edək ki, kənddə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM