satellite   Azerspace-1: 11135 H 30000

Cəbrayılın Horovlu kəndində növbəti əmək yarmarkası təşkil olunacaq

Cəbrayılın Horovlu kəndində növbəti əmək yarmarkası təşkil olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “19 saylı Tikinti Təmir İdarəsi” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində növbəti əmək yarmarkası keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə  verilən məlumata görə, aktiv məşğulluq tədbir martın 18-də saat 10:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayılın Horovlu kəndində yerləşən inzibati ofisində təşkil olunacaq.

Yarmarkada hörgüçü, rəngsaz, elektrik köməkçisi, yol mühəndisi, üzlükçü, sürücü, qaynaqçı və s. üzrə vakansiyalar təqdim olunacaq.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM