satellite   Azerspace-1: 11135 H 30000

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub - FOTOLAR

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub<font color=red> - FOTOLAR</font> Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub<font color=red> - FOTOLAR</font> Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub<font color=red> - FOTOLAR</font> Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub<font color=red> - FOTOLAR</font>

Bu gün növbəti köç karvanı ilə Xocavəndin Hadrut və Qırmızı Bazar qəsəbələrinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

NTV xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Qeyd edilib ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Qeyd edək ki, bu mərhələdə Xocavəndin Hadrut qəsəbəsinə 4 ailə olmaqla 17 nəfər, Qırmızı Bazar qəsəbəsinə 8 ailə olmaqla 42 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Qəbələdə zəlzələ olub

15:51 12.06.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM