satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Konstitusiyasının 30 illiyi ilə bağlı yubiley medalı təsis edilib

Azərbaycan Konstitusiyasının 30 illiyi ilə bağlı yubiley medalı təsis edilib

"Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)" yubiley medalı təsis edilib.

NTV xəbər verir ki, Prezident İlham Əliyev yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib.

Yubiley medalı haqqında əsasnaməyə görə, Azərbaycan Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif ediləcəklər.

Medalla təltif edən qurum qismində Konstitusiya Məhkəməsi çıxış edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM