satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev milli bayram münasibətilə Mərakeş Kralını təbrik edib

Prezident İlham Əliyev milli bayram münasibətilə Mərakeş Kralını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə Kral Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısı məktubunda milli bayram münasibətilə Krala və onun simasında qardaş Mərakeş xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdırıb.

“Əminəm ki, Azərbaycan-Mərakeş ənənəvi dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlətimizin başçısı bu əlamətdar gündə Kral Əlahəzrət VI Məhəmmədə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, qardaş Mərakeş xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM