satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb<font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Xalid bin Əbdüləziz Əl-Falih Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını və ərazilərimizin işğaldan azad edilməsi münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara və təbriklərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.

Nazir işğaldan azad edilən ərazilərimizdə hazırda bərpa-yenidənqurma işlərinin sürətlə həyata keçirilməsindən məmnunluğunu bildirdi.

Söhbət zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin bərpaolunan enerji sahəsində ölkəmizdə həyata keçirdiyi layihə, həmçinin enerji, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı. Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının bir sıra şirkətlərinin və iş adamlarının işğaldan azad edilmiş ərazilərə səfəri barədə ilkin razılıq əldə olundu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM