satellite   Azerspace-1: 11135 H 30000

İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilib - SƏRƏNCAM

İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilib<font color='red'> - SƏRƏNCAM</font>

Prezident İlham Əliyev oktyabrın 26-da İsa Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 9.2-ci bəndinə uyğun olaraq qərara alıram:

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş İsa Əkbər oğlu Həbibbəyli bu vəzifəyə təsdiq edilsin".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM