satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, İqor Levitin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, o cümlədən iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib, nəqliyyat-infrastruktur sahələrində həyata keçirilən birgə işlərin önəmi qeyd olunub.

Söhbət zamanı ikitərəfli və regional müstəvidə nəqliyyat, tranzit, logistika, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi imkanlarının genişləndirilməsi və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM