satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan MR DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid sistemindən çıxarılıb - FƏRMAN

Naxçıvan MR DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid sistemindən çıxarılıb<font color='red'> - FƏRMAN</font>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələri sırasına nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlamaq, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirmək daxil edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid sistemini təşkil edir.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu bu vahid sistemdən çıxarılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM